Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Qazaxıstan arasında münasibətlər daha da genişlənir

0

  •   ​     Dünyanı ağır iqtisadi böhran ağuşuna aldığı bir zamanda Azərbaycan böhranın ölkəmizə təsirini minimuma endirməyə çalışır. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında antiböhran tədbirləri uğurla həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının dirçəlməsinə xüsusi önəm verən ölkə Başçısı, Azərbaycanın digər sahələrdə də dayanıqlı inkişafını təmin etmək üçün ölkənin və özünün bütün imkanlarını bu məqsədlə səfərbər etmişdir. Görülən bu məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməkdədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi bu qəbildən olan işlərdəndir və bütün bunlar Azərbaycanın beynəlxalq arenda mövqeyini gücləndirir.​ ​ ​ ​ ​ ​       24 avqust 2022 - ci il tarixdə Qazaxıstan respublikasının prezidenti Qasım - Jomart Tokayev geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdir. Səfərin əsas qayəsi iki qardaş ölkə arasındakı münasibətləri daha da genişləndirmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqdan ibarət olmuşdur. Görüş zamanı Qazxıstan prezidenti Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevə bildirmişdir ki, Qazax xalqı onu sevir və öz torpaqlarını düşməndən azad​ etmiş xilaskar sərkərdə kimi rəğbət bəsləyirlər. Bütün bu rəğbətə görə öz xalqının adından Azərbaycan respublikasının prezidenti  Alı Baş Komandan, Cənab İlham Əliyevi​ Qazaxıstan respublikasının ali mükafatı - "Altın kıran" ordeni ilə təltif etdiyini bildirdi və həmin mükafatı ölkəmizin başçısına təqdim etdi .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Məlumdur ki, həm Qazax, həm də Azərbaycan xalqları türkdilli xalqlardır və eyni etnosun törəmələridirlər. Məhz bu amildən irəli gələrək Azərbayca və Qazaxıstan respublikaları bütün beynəlxalq tribunalarda qeyd - şərtsiz bir - birlərinin mövqeylərini dəstəkləyirlər. Hər iki ölkənin beynəlxalq İpək yolunun üzərində yerləşməsi iqtisadi əlaqələrin daha da möhkəmləsi və hər iki ölkənin iqtisadiyyatına geniş töhfələr bəxş etməsi baxımından iqtisadi əlaqələrin şaxələndirilməsini zəruri edir. Bütün bunlar üçün geniş imkanlar mövcuddur və qeyd olunanlar iki qardaş ölkənin regionun güclü dövlətlərinə çevrilməsinə xidmət edir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Qazaxıstan erməni işğalı zamanı vəhşicəsinə​ dağıdılmış, talan edilmiş Azərbaycan ərazilərinin bərpasına da öz töhfəsini əməli şəkildə vermək niyyətindədir. Belə ki, qardaş ölkə işğaldan azad olunmuş ərazilərimizdə Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini tikəcəkdir və Qazaxıstan respublikasının prezidenti cənab Kasım - Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində bu layihənin təqdimatı keçirilmişdir. Əlbəttə, dost dar gündə tanınar deyib, atalarımız. İstər ölkə başçıının Qazaxıstanın ali ordeni ilə mükafatlandırılması, istərsə də digər məsələlər iki ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan xəbər verir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Vətən müharibəsindən sonrakı qısa müddət ərzində türdilli dövlətlərin bir - birləri ilə sıx təmasda olmaları, ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycanın beynəlxalq müstəvidə söz​ sahibi olmasına, daha güclü siyasi iradə nümayiş etdirməsinə xidmət edir. Ölkələrimiz arasındakı dost münasibətlər dünyada sülhün bərqərar olmasına da müsbət təsir göstərməkdədir. Tanrı türk ulusunu qorusun! ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Vasif Bağırov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Azərbaycan Qazaxıstan arasında münasibətlər daha da genişlənir

    Maraqlı gələ bilər
    41
    118
    43
    129
    48
    406
    37